Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Niderlandın "ING Group" şirkəti Azərbaycanda 2027-ci ilə qədər inflyasiya proqnozunu yenilədi
Niderlandın "ING Group" şirkəti Azərbaycanda orta illik inflyasiyanı 2024-cü il üçün 2.2%, 2025-ci il üçün 4.7%, 2026-cı il üçün isə 4.5% səviyyəsində proqnozlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatlar "ING Group" şirkətinin hesabatına istinadən yayımlanıb.
Yenilənmiş hesablamalara əsasən, cari və 2025-ci il üçün inflyasiya proqnozu 0.7, 2026-cı il üçün isə 0.3 faiz bəndi artırılıb.
Yenilənmiş proqnozlara görə, 2024-cü ilin üçüncü rübündə Azərbaycanda orta illik inflyasiyanın 3.2%, dördüncü rübündə isə 4.5% olacağı gözlənilir.
Azərbaycanda orta illik inflyasiya 2025-ci ilin birinci rübündə 5.5%, ikinci rübündə 5.9%, üçüncü rübündə 4% və dördüncü rübündə 3.6% səviyyəsində proqnozlaşdırılır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1% artıb.
İqtisadiyyat Nazirliyi 2024-cü ildə Azərbaycanda orta illik inflyasiyanın 2.7% olacağını proqnozlaşdırır.
Azərbaycan Mərkəzi Bankı isə ölkədə orta illik inflyasiyanı 2024-cü ildə 5.4%, 2025-ci ildə 5.5% səviyyəsində proqnozlaşdırır.