Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondunun nümayəndə heyəti arasında görüş keçirilib. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və "Zamin" Beynəlxalq İctimai Fondunun icraçı orqanının rəhbəri Tamilla Əliyeva birgə əməkdaşlıq və həyata keçiriləcək layihələr barədə müzakirə aparıblar.
Oxu.Az xəbər verir ki, Azərbaycan və Özbəkistan arasında qarşılıqlı münasibətlər, dövlət səviyyəsində yüksəksəviyyəli əlaqələrə hər iki ölkənin qeyri-hökumət təşkilatı kimi Heydər Əliyev Fondu və "Zamin" Fondunun verəcəyi töhfə diqqət mərkəzində olub.
Qeyd edək ki, "Zamin" Fondu Özbəkistanın dayanıqlı inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə dəstək göstərilməsi, ətraf mühit və sosial sahədə layihələr həyata keçirir. Görüşdə təhsil, səhiyyə və mədəniyyət sahəsində gələcək birgə fəaliyyət nəzərdən keçirilib, eləcə də iki ölkə gənclərinin təcrübə mübadilələri, qarşılıqlı səfərləri müzakirə olunub.
Azərbaycanın bu ilin noyabr ayında ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Zamin" Fondu ilə əməkdaşlıq da diqqət mərkəzində olub.
Görüş zamanı Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında gələcək əməkdaşlığa dair memorandum imzalanıb.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Zakir Həsənov müşavirə keçirdi, konkret tapşırıqlar verdi
- Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
- Milli Dirçəliş Günü - Azərbaycan tarixinin qürur səhifəsi
- COP29 çərçivəsində "Silk Way Alat Free Economic Zone" şirkəti və ICAO arasında razılaşma imzalanıb
- COP29-da iştirak edən nümayəndə heyətlərinin şərəfinə Heydər Əliyev Mərkəzində ziyafət verilib