Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
Hesablama Palatası Bakı Dövlət Universitetində, eləcə də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (Baş nazirin bu il mayın 14-də imzaladığı qərarla Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Gənclər və İdman Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan İdman Akademiyasına çevrilmə yolu ilə yenidən təşkil edilib - red.) nöqsanlar aşkar edib.
Oxu.Az xəbər verir ki, bu barədə Hesablama Palatası məlumat yayıb.
Məlumata görə, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib. İclasda ilk olaraq "Bakı Dövlət Universiteti tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının və istifadəsinin, həmçinin fəaliyyətinin auditinin nəticələrinə dair Auditor hesabatı" müzakirə edilib. Müzakirələrdə Universitetin rektoru fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayev və prorektorlar da iştirak ediblər. Rektor auditin nəticələrinin Universitetin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edəcəyini, Palatanın bütün təklif və tövsiyələrinin nəzərə alınacağını qeyd edib.
Daha sonra "Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının auditinin nəticələrinə dair Auditor hesabatı" müzakirə olunub. Müzakirələrin nəticəsində auditor hesabatlarının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların təhsil müəssisələri tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərarlar qəbul olunub.
İclasda həmçinin gündəlikdə dayanan cari məsələlərə baxılıb.
"Bədən Tərbiyəsi və İdman Akademiyası" teqi üzrə xəbərlər
- İkinci kurs tələbəsi özünü yeddinci mərtəbədən atdı - DETALLAR
- Strateji əhəmiyyətə malik Azərbaycan-Böyük Britaniya əlaqələri
- Ən gənc dağçımız: “Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam” - MÜSAHİBƏ + FOTO
- Bu gün İlham Zəkiyevin doğum günüdür
- Bu gün şəhid olan Azərbaycan çempionunun doğum günüdür