Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
DİQQƏT: AMB-nin rəhbər şəxslərinin adından saxta sənədlər yayılır
Azərbaycan Mərkəzi Bankının (AMB) apardığı müşahidələrə və daxil olan müraciətlərə əsasən qurumun rəhbər şəxslərinin adından hazırlanmış saxta sənəd və lisenziyalardan istifadə edilməklə maliyyə xidmətləri istehlakçılarına həqiqətə uyğun olmayan məlumatların verilməsi halları var.
Oxu.Az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.
"Maliyyə xidmətlərinin göstərilməsi üçün təqdim olunmuş lisenziyalara dair məlumatlar AMB-nin internet səhifəsində (www.cbar.az) bazar iştirakçıları bölməsinin aidiyyəti üzrə yarımbölmələrində əks olunub və davamlı olaraq yenilənir. Bu kimi hallarla rastlaşdıqda səhifəmizdən əsas istinad və məlumat mənbəyi kimi istifadə edilməsi tövsiyə olunur. Əlavə suallarla bağlı qaynar xəttə (966) müraciət oluna bilər", - deyə açıqlamada qeyd olunub.
"Azərbaycan Mərkəzi Bankı (AMB)" teqi üzrə xəbərlər
- Azərbaycanın 2025-ci il üçün inflyasiya proqnozu AÇIQLANDI
- Bu xəbərləri qaçırmayın: 16.11.2024-ün ən mühüm hadisələri
- Mərkəzi Bank üç vəzifəli şəxsi cərimələyib
- Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı iki milyard manatlıq öhdəlik götürür
- Parlament Mərkəzi Bankın İdarə Heyətinin yeni üzvlərini təsdiqlədi