Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
BVF Azərbaycanda inflyasiyanın yavaşlayacağını proqnozlaşdırdı
Beynəlxalq Valyuta Fondu (BVF) 2024-cü ildə Azərbaycanda ortaillik inflyasiyanı 2,1%, 2025-ci ildə 4,8%, 2029-cu ildə isə 4% səviyyəsində proqnozlaşdırır.
"Report" xəbər verir ki, bu, "World Economic Outlook" hesabatının oktyabr sayında öz əksini tapıb.
Aprel ayında BVF Azərbaycanda inflyasiyanı 2024-cü ildə 3,5%, 2025-ci ildə isə 5% səviyyəsində proqnozlaşdırırdı. 2029-cu il üçün proqnoz 4% səviyyəsində saxlanılıb.
Yaxın Şərq və Mərkəzi Asiya regionu üçün inflyasiyanın 2024-cü ildə 12,7%, 2025-ci ildə 9,3% olacağı proqnozlaşdırılır.
2023-cü ildə Azərbaycanda illik inflyasiya 2,1% təşkil edərək Mərkəzi Bankın hədəf diapazonunun aşağı həddinə (4% ± 2%) yaxınlaşıb, orta illik inflyasiya isə 8,8% olub. Valyuta Fondu illik inflyasiyanın 2024-cü ildə 4,6%, 2025-ci ildə isə 5% səviyyəsində olacağını proqnozlaşdırır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında ortaillik inflyasiya 1,5% təşkil edib. Qida məhsulları, içkilər və tütün məmulatları 0,4%, qeyri-qida məhsulları 1,4%, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 3,3% bahalaşıb.
İqtisadiyyat Nazirliyi Azərbaycanda ortaillik inflyasiyanın 2024-cü ildə 2,7%, 2025-ci ildə 4,6%, 2026-cı ildə 4%, 2027-28-ci illərdə isə 3,8% olacağını proqnozlaşdırır.
"Beynəlxalq Valyuta Fondu" teqi üzrə xəbərlər
- ABŞ-nin dövlət borcu rekord həddə çatdı
- BVF 2025-ci ildə Azərbaycanda nominal ÜDM-in artacağını proqnozlaşdırır
- Bankların problemli kreditləri AMB-nin açıqladığı rəqəmdən niyə iki dəfə çoxdur?
- COP29 sədrliyi ilə Beynəlxalq Valyuta Fondunun icraçı direktoru arasında görüş olub
- BVF 2024-25-ci illər üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb