Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bölgələrdə kirayə mənzil bazarında qiymətlər necədir?
Paytaxtla yanaşı, bölgələrdə də aylıq kirayə mənzillərin qiyməti artıb.
Xezerxeber.az-ın xəbərinə görə, rayonlarda fəaliyyət göstərən rieltorlar bildirirlər ki, qiymətlər mənzillərə görə dəyişir.
Sənan Nuriyev deyir ki, Mingəçevirdə əvvəlki illərlə müqayisədə əşyasız 2-3 otaqlı mənzillərdə 150 manata qədər bahalaşma müşahidə edilir. Şəhərdə əvvəllər aylıq kirayə qiyməti 80-100 manat arasında dəyişən birotaqlı mənzillərdə isə 200 manata qədər artım var.
Lənkəranda da eyni mənzərə yaşanır.
Rieltor Baba Həsənov deyir ki, Lənkəranda kirayə verilən bina evlərinə tələbat çox olduğu üçün bu il qiymətlər artırılıb.
Paytaxta yaxın Sumqayıtda isə bahalaşma özünü daha çox büruzə verir. Şəhərin kirayə mənzil bazarında vəziyyəti dəyərləndirən rieltor Eldar Sadıqov bildirib ki, köhnə tikili binalarda üçotaqlı əşyalı mənzillərin qiyməti 300-350 manatdan başlayır.
Mərkəzi hissələrdə yeni tikili binalarda isə qiymətlər 1000 manata qədər yüksəlir.
Reirtorlar onu da bildirbilər ki, sentyabr ayında-yeni tədris ilinin başladığı ərəfədə qiymətlər müəyyən qədər dəyişə bilər.
Daha ətraflı videomaterialda:
"kirayə mənzil bazarı" teqi üzrə xəbərlər
- Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB
- Gəncədə tələbələr harada qalacaqlar? - Kirayə mənzil problemi
- Tələbələr üçün ixtisas seçimindən daha çətin olan dilemma: Yataqxana, yoxsa kirayə ev?
- Bakıda günü 8 000 manata hotel otağı
- Ədliyyə orqanlarında çalışanlara mənzil kirayəsi üçün pul kompensasiyası necə veriləcək?