Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Bitcoin" tarixi rekorddan dərhal sonra dəyər itirdi
"Bitcoin"in məzənnəsi tarixi rekord vurduqdan bir neçə saat sonra kriptovalyuta 5 min dollar ucuzlaşıb.
Oxu.Az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bunu "Binance" platformasındakı ticarət məlumatları sübut edir.
Xatırladaq ki, ilk kriptovalyuta 13 noyabr tarixində maksimuma çatıb və bir sikkə üçün 93 409,02 dollar təşkil edib.
Noyabrın 14-də səhər tezdən "Bitcoin"in məzənnəsi bir neçə min dollar dəyər itirib. Ən aşağı qiymət Bakı vaxtı ilə saat 01:20-də qeydə alınıb və kriptovalyutanın qiyməti bir ədəd üçün 88 276,8 dollar olub.
Daha sonra Bakı vaxtı ilə saat 11:51-ə olan məlumata görə, "Bitcoin"in məzənnəsi bir sikkə üçün 90 353,48 dollar təşkil edib.
Analitiklər kriptovalyuta məzənnəsində belə bir sıçrayış gözləmirdilər. Belə ki, rusiyalı iqtisadçı Mixail Belyayev ABŞ-də prezident seçkisi fonunda "Bitcoin"in məzənnəsinin 80 min dollara çatacağını və bundan sonra korreksiyanın başlanacağını proqnozlaşdırmışdı.