Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda avtomobillərin parklanmasının ödənişsiz olacağı ərazilər məlum olub - SİYAHI
Bakı şəhəri üzrə zonalar parklanma qiymətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında” qərarda əksini tapıb.
Qərara əsasən, Bakı şəhərinin mərkəz zonasına aşağıdakı ərazilər daxildir.
Bu zona Neftçilər prospekti, şərq istiqamətində Yusif Səfərov küçəsi ilə kəsişməyədək, həmin kəsişmədən şimal istiqamətində Yusif Səfərov küçəsinin Mehdi Mehdizadə küçəsi ilə kəsişməsinədək (həmin hissə istisna olmaqla), həmin kəsişmədən qərb istiqamətində 28 May küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şimal istiqamətində Kövkəb Səfərəliyeva küçəsinin Dilarə Əliyeva küçəsi ilə kəsişməsinədək (həmin hissə istisna olmaqla), həmin kəsişmədən qərb istiqamətində Dilarə Əliyeva küçəsinin Azadlıq prospekti ilə kəsişməsinədək, şimal istiqamətində Azadlıq prospektinin Füzuli küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Abdulla Şaiq küçəsi ilə kəsişməyədək, həmin kəsişmədən cənub-şərq istiqamətində Mirzəağa Əliyev küçəsinin Azərbaycan prospekti ilə kəsişməsinədək, həmin kəsişmədən cənub istiqamətində Azərbaycan prospektinin İstiqlaliyyət küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən İstiqlaliyyət küçəsi ilə cənub-qərb istiqamətində Lermontov küçəsi ilə davam edərək cənub istiqamətində Ziya Yusifzadə küçəsi ilə birləşərək, Ziya Yusifzadə küçəsinin Neftçi Qurban küçəsi ilə kəsişməsindən Neftçi Qurban küçəsinin Sara Qədimova küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Neftçi Qurban küçəsinin Dənizkənarı küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Neftçilər prospekti ilə kəsişməsinədək olan ərazini əhatə edir. Mərkəz zonada Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği 1 manat olacaq.
Bakı şəhərində I zona aşağıdakı əraziləri əhatə edir və bu ərazilərdə Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği 0,70 AZN olacaq.
-Bu zona 8 Noyabr prospekti (Yeni Bulvar ərazisi daxil olmaqla), şərq istiqamətində Mərkəzi Bulvar küçəsi ilə kəsişməyədək, Mərkəzi Bulvar küçəsinin 2-ci Şərq küçəsinin kəsişməsinədək, həmin kəsişmədən 2-ci Şərq küçəsinin 6-cı Park küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şimal istiqamətində Babək prospektinə, Babək prospektindən qərb istiqamətində Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə qovuşma yerinədək, şimal-şərq istiqamətində Heydər Əliyev prospektinin Həsənoğlu küçəsi ilə kəsişməsinədək, 5 şimal-qərb istiqamətində Həsənoğlu küçəsinin Təbriz küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şərq istiqamətində Təbriz küçəsinin Faiq Yusifov küçəsi ilə kəsişməsinədək, sonra isə geriyə Təbriz küçəsinin Aşıq Molla Cümə küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Aşıq Molla Cümə küçəsinin Həsən Əliyev küçəsi ilə kəsişməsinədək (həmin hissə istisna olmaqla), həmin kəsişmədən qərb istiqamətində Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsinədək (həmin hissə istisna olmaqla), həmin kəsişmədən cənub istiqamətində İzmir küçəsi, daha sonra İnşaatçılar prospekti ilə davam edərək İnşaatçılar prospektinin Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən qərb istiqamətində Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Həsən bəy Zərdabi küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şimal istiqamətində Həsən bəy Zərdabi küçəsinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsinədək, həmin kəsiş-mədən Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsinədək, həmin kəsişmədən geriyə Əbdülvahab Salamzadə küçəsinin Həsən bəy Zərdabi küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Həsən bəy Zərdabi küçəsi ilə şimal istiqamətində 20 Yanvar dairəsinədək, 20 Yanvar dairəsindən şimal-şərq istiqamətində Rövşən Cəfərov küçəsinin Alı Mustafayev küçəsi ilə kəsişməsinədək (3-cü mikrorayon dairəsi daxil olmaqla), həmin kəsişmədən Alı Mustafayev küçəsinin Rəşid Məmmədov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Alı Mustafayev küçəsinin Seyid Cəfər Pişəvəri küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şimal istiqamətində Seyid Cəfər Pişəvəri küçəsi, daha sonra Cavad xan küçəsi ilə Cavad xan küçəsinin Hüseyn Seyidzadə küçəsi ilə kəsişməsinədək (4-cü mikrorayon dairəsi istisna olmaqla), həmin kəsişmədən Cavad xan küçəsi, daha sonra Seyid Cəfər Pişəvəri küçəsi ilə Seyid Cəfər Pişəvəri küçəsinin Rövşən Cəfərov küçəsi ilə kəsişməsinədək, həmin kəsişməsindən cənub-qərb istiqamətində Moskva prospektinədək, həmin kəsişmədən şimal istiqamətində Moskva prospekti ilə Rəşid İsmayılov küçəsinin kəsişməsinədək, həmin kəsişmədən şimal istiqamətində Rəşid İsmayılov küçəsi ilə (Biləcəri dairəsi də daxil olmaqla) Rəşid İsmayılov küçəsinin Rəşid İsmayılov 1-ci döngə küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən cənub istiqamətində Moskva prospekti ilə Müzəffər Həsənov küçəsinin kəsişməsinədək, Müzəffər Həsənov küçəsi ilə qərb istiqamətində küçənin sonunadək, Müzəffər Həsənov küçəsi ilə Abbas Mirzə Şərifzadə küçəsinin kəsişməsindən cənub istiqamətində Abbas Mirzə Şərifzadə küçəsinin Əsəd Əhmədov küçəsi ilə kəsişməsinədək, 6 həmin kəsişmədən Əsəd Əhmədov küçəsinin Xıdır Mustafayev küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən cənub istiqamətində birinci döngədən qərb istiqamətində Mirzə Cabbar Məmmədzadə küçəsi ilə kəsişməyədək, həmin kəsişmədən Mirzə Cabbar Məmmədzadə küçəsinin Kamal Rəhimov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Vasif Əliyev küçəsi ilə kəsişməyədək, həmin kəsişmədən Vasif Əliyev küçəsinin Kamal Rəhimov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şərq istiqamətində davam edib Akim Abbasov küçəsinin 23-cü girişindən cənub istiqamətində Mirzə Cabbar Məmmədzadə küçəsi ilə davam edib Mirzə Cabbar Məmmədzadə küçəsinin 166C girişindən Vasif Əliyev küçəsi istiqamətində, daha sonra Vasif Əliyev küçəsi ilə davam edərək, Vasif Əliyev küçəsinin İsfəndiyar Zülalov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən İsfəndiyar Zülalov küçəsinin Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Abbas Mirzə Şərifzadə küçəsinin Mətbuat prospekti ilə kəsişməsinədək, həmin kəsişmədən cənub istiqamətində Mətbuat prospektinin Mikayıl Müşfiq küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şərq istiqamətində Mikayıl Müşfiq küçəsinin Parlament prospekti ilə kəsişməsinədək, həmin kəsişmədən cənub istiqmətində Parlament prospekti ilə Mehdi Hüseyn küçəsinin kəsişməsinədək, həmin kəsişmədən şərq istiqamətində Mehdi Hüseyn küçəsinin Niyazi küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şimal istiqamətində İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsinədək, həmin kəsişmədən şimal istiqamətində Azərbaycan prospekti ilə Mirzəağa Əliyev küçəsinin kəsişməsinədək, həmin kəsişmədən qərb istiqamətində Mirzəağa Əliyev küçəsinin Abdulla Şaiq küçəsi ilə kəsişməsinədək daha sonra Füzuli küçəsi ilə kəsişməyədək, həmin kəsişmədən şərq istiqamətində Füzuli küçəsi ilə Azadlıq prospektinin kəsişməsinədək, həmin kəsişmədən cənub istiqamətində Azadlıq prospekti ilə Dilarə Əliyeva küçəsinin kəsişməsinədək, həmin kəsişmədən şərq istiqamətində Dilarə Əliyeva küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsinin kəsişməsinədək, həmin kəsişmədən cənub istiqamətində Kövkəb Səfərəliyeva küçəsi ilə 28 May küçəsinin kəsişməsinədək, həmin kəsişmədən şərq istiqamətində 28 May küçəsi ilə davam edib Mehdi Mehdizadə küçəsinin Yusif Səfərov küçəsi ilə kəsişməsinədək və həmin kəsişmədən cənub istiqamətində Yusif Səfərov küçəsinin 8 Noyabr prospekti ilə kəsişməsinədək olan ərazini (1.1-ci bənd ilə müəyyən edilmiş ərazilər istisna olmaqla) əhatə edir.
- Bu zona, həmçinin Binəqədi şosesinin Cəfər Xəndan küçəsi ilə kəsişməsindən şimal istiqamətində Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şərq istiqamətində Süleyman Sani Axundov küçəsinin Şövkət Məmmədova küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən cənub istiqamətində Şövkət Məmmədova küçəsinin Cəfər Xəndan küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən cənub-qərb istiqamətində Binəqədi şosesi ilə Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan ərazini əhatə edir.
- Bu zona, həmçinin Qara Qarayev prospektinin Ziya Bünyadov prospekti ilə birləşmə hissəsindən başlayaraq cənub-şərq istiqamətində Babək prospekti ilə kəsişməyədək (paralel olan Kamil Balakişiyev küçəsi ilə Tofiq Abbasov küçəsi, Kamil Balakişiyev küçəsi ilə Musa Əliyev küçəsi aralığında olan ərazilər də daxil olmaqla), həmin kəsişmədən cənub istiqamətində Ukrayna dairəsinədək (paralel olan Maarif küçəsi ilə Qaçaq Nəbi küçəsi aralığında olan hissələr də daxil olmaqla) olan ərazini əhatə edir.
Bakı şəhəri üzrə II zona aşağıdakı əraziləri əhatə edir və bu zonada Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği 0,40 AZN olacaq.
Bu zona 6-cı Park küçəsi ilə Babək prospektinin kəsişməsindən şərq istiqamətində Babək prospektinin Qara Qarayev prospekti ilə kəsişməsinədək, həmin kəsişmədən şimal-qərb istiqamətində Qara Qarayev prospekti ilə Qara Qarayev prospektinin Heydər Əliyev prospekti ilə kəsişməsinədək, Alov parkının ətrafı, qərb istiqamətində Qara Qarayev prospektinin Heydər Əliyev prospekti ilə kəsişməsindən Heydər Əliyev prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şimal-qərb istiqamətində Əliyar Əliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsinədək, həmin kəsişmədən qərb istiqamətində Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsinədək, həmin kəsişmədən şimal istiqamətində Əhməd Rəcəbli küçəsinin Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şimal istiqamətində Bakı-Qars küçəsi ilə davam edərək Abay küçəsi ilə kəsişmədən cənub-qərb istiqamətində Süleyman Sani Axundov küçəsi ilə kəsişməyədək, həmin kəsişmədən cənub istiqamətində Şövkət Məmmədova küçəsi ilə Cəfər Xandan küçəsinin kəsişməsinədək, həmin kəsişmədən qərb istiqamətində Cəfər Xandan küçəsi ilə Binəqədi şosesinin kəsişməsinədək, həmin kəsişmədən şimal istiqamətində Binəqədi şosesi ilə Məsud Davudoğlu küçəsinin kəsişməsinədək, həmin kəsişmədən şimal-qərb istiqamətində Məsud Davudoğlu küçəsi ilə Mirzə Məhəmməd xan küçəsinin 8 kəsişməsinədək, daha sonra həmin kəsişmədən şimal istiqamətində İbrahim Sadıqlı küçəsi ilə birbaşa Həmzə Babaşov küçəsinədək, daha sonra Həmzə Babaşov küçəsinin Adil Məmmədov küçəsi ilə kəsişməsindən Adil Məmmədov küçəsinin Maralgöl küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Mir Cəlal küçəsi ilə kəsişməyədək, həmin kəsişmədən cənub-şərq istiqamətində Moskva prospekti ilə kəsişməyədək, həmin kəsişmədən cənub istiqamətində Moskva prospektinin Rövşən Cəfərov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Rövşən Cəfərov küçəsinin Seyid Cəfər Pişəvəri küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Cavad xan küçəsinin Hüseyn Seyidzadə küçəsi ilə kəsişməsinədək (4-cü mikrorayon dairəsi daxil olmaqla), həmin kəsişmədən Cavad xan və Seyid Cəfər Pişəvəri küçələri ilə geriyə Alı Mustafayev küçəsi ilə Seyid Cəfər Pişəvəri küçəsinin kəsişməsinədək, həmin kəsişmədən Alı Mustafayev küçəsinin Rəşid Məmmədov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən cənub-qərb istiqamətində Tbilisi prospektinin Rövşən Cəfərov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən cənub istiqamətində Həsən bəy Zərdabi küçəsi ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək, həmin kəsişmədən Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsinədək və geriyə Əbdülvahab Salamzadə küçəsinin Həsən bəy Zərdabi küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Həsən bəy Zərdabi küçəsi ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsinədək, həmin kəsişmədən şərq istiqamətində Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə İnşaatçılar prospektinin kəsişməsinədək, həmin kəsişmədən şimalşərq istiqamətində İnşaatçılar prospektinin İzmir küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən İzmir küçəsinin Tbilisi prospekti ilə kəsişməsinədək, həmin kəsişmədən şimal-qərb istiqamətində Tbilisi prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Həsən Əliyev küçəsinin Aşıq Molla Cümə küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən cənub-qərb istiqamətində Aşıq Molla Cümə küçəsinin Təbriz küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şimal-şərq istiqamətində Təbriz küçəsinin Faiq Yusifov küçəsi ilə kəsişməsinədək və geriyə Təbriz küçəsinin Həsənoğlu küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən cənub-şərq istiqamətində Həsənoğlu küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsinədək, həmin kəsişmədən cənub-qərb istiqamətində Heydər Əliyev prospektinin Babək prospekti ilə kəsişməsinədək, həmin kəsişmədən Babək prospekti ilə 6-cı Park küçəsinin 9 kəsişməsinədək olan ərazini (1.2-ci bənd ilə müəyyən edilmiş ərazilər istisna olmaqla) əhatə edir.
Bakı şəhəri üzrə III zona aşağıdakı əraziləri əhatə edir və bu ərazilərdə Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği 0,30 AZN olacaq.
- Bu zona Moskva prospektinin Dairəvi küçəsi ilə kəsişməsindən cənub-şərq istiqamətində Moskva prospekti ilə Müzəffər Həsənov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Müzəffər Həsənov küçəsinin sonunadək və geriyə Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməyədək, həmin kəsişmədən cənub istiqamətində Abbas Mirzə Şərifzadə küçəsinin Əsəd Əhmədov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən qərb istiqamətində Əsəd Əhmədov, daha sonra Arif Mehdiyev küçələri ilə davam edərək Dairəvi küçəsi ilə kəsişməyədək, həmin kəsişmədən şimal-şərq istiqamətində Dairəvi küçəsinin Moskva prospekti ilə kəsişməsinədək olan ərazini əhatə edir.
- Bu zona, həmçinin Heydər Əliyev prospektinin Bəşir Bünyadov küçəsi ilə kəsişməsindən şərq istiqamətində Bəşir Bünyadov küçəsinin Elşən Mehdiyev küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Elşən Mehdiyev küçəsi ilə Yavər Əliyev küçəsinin kəsişməsinədək, həmin kəsişmədən Yavər Əliyev küçəsinin Nazim İsmayılov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən cənub-şərq istiqamətində Nazim İsmayılov küçəsi ilə Şamil Kamilov küçəsinin kəsişməsinədək, həmin kəsişmədən qərb istiqamətində Şamil Kamilov küçəsi ilə Sakit Qocayev küçəsinin kəsişməsinədək, həmin kəsişmədən cənub istiqamətində Əhməd Mehbalıyev küçəsi ilə davam edərək Etibar Bəkirli küçəsi ilə kəsişməyədək, həmin kəsişmədən şərq istiqamətində Etibar Bəkirli küçəsinin İlqar Musayev küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən cənub istiqamətində Abbas Fətullayev küçəsi ilə davam edərək İnqilab İsmayılov küçəsinin kəsişməsinədək, həmin kəsişmədən cənub istiqamətində İnqilab İsmayılov küçəsinin Zığ şosesi ilə kəsişməsinədək, həmin kəsişmədən şimal-qərb istiqamətində 8 Noyabr prospektinin Ramiz Quliyev küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şimal-şərq istiqamətində Ramiz Quliyev küçəsinin Xudu Məmmədov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şərq istiqamətində Xudu Məmmədov küçəsinin Rahib Məmmədov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şimal istiqamətində Rahib Məmmədov küçəsinin Aşıq Ələsgər küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şərq istiqamətində Ukrayna dairəsinədək (Ukrayna dairəsinin ətrafı daxil 10 olmaqla), daha sonra şimal istiqamətində Məhəmməd Hadi küçəsinin Neapol küçəsi ilə kəsişməsindən Məhəmməd Hadi küçəsinin Babək prospekti ilə kəsişməsinədək, həmin kəsişmədən şimal-qərb istiqamətində Qara Qarayev prospektinin Heydər Əliyev prospekti ilə kəsişməsinədək (1.2.1-ci və 1.2.3-cü yarımbəndlər ilə müəyyən edilmiş ərazilər istisna olmaqla) əhatə edir.
Bakı şəhəri üzrə IV zonada Nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş tələb olunmayacaq.
Bu zona digər zonaların sərhədləri ilə əhatə olunmayan əraziləri əhatə edir.
"Dilarə Əliyeva" teqi üzrə xəbərlər
- Dilarə Əliyeva: "Oqtay, məni nə vaxt dəvət etsən, gələcəyəm!"
- Oqtay Əliyevin ölümü Dilarə Əliyevanın həyatında nələri dəyişdirib?
- Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?
- Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
- Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO