Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan və Braziliya Anlaşma Memorandumu imzalayıb
Azərbaycan və Braziliya arasında iqlim tərəfdaşlığı üzrə Anlaşma Memorandumu imzalanıb.
"Report" xəbər verir ki, saziş Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində imzalanıb.
Sənədi COP29-un baş danışıqçısı Yalçın Rəfiyev və Braziliya xarici işlər nazirinin iqlim, enerji, ətraf mühit üzrə müavini Andre Korrea do Laqo imzalayıb.
Memorandumun məqsədi COP29-un keçiriləcəyi Azərbaycan və COP30-a ev sahibliyi edəcək Braziliya arasında qlobal iqlim təşəbbüslərinin və dayanıqlı inkişafın təşviqi üçün əməkdaşlığı inkişaf etdirməkdir.
"Pre-COP29" teqi üzrə xəbərlər
- COP29 ilə əlaqədar Təşkilat Komitəsinin səkkizinci iclası keçirilib
- Azərbaycan hökuməti ilə BMT-nin İqlim Katibliyi arasında Anlaşma Memorandumu imzalanıb
- Bakı və Bişkek arasında Niyyət Protokolu imzalanıb
- Bu xəbərləri qaçırmayın: 10.10.2024-ün ən mühüm hadisələri
- Braziliyalı nazir müavini: "COP30 COP29-da əldə edilmiş razılaşmalardan istifadə edəcək"
Ən çox oxunanlar