Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Asiya İnkişaf Bankı Azərbaycan üzrə yeni ölkə direktoru təyin edib
Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə yeni ölkə direktoru təyin edilib.
"Report"a daxil olan məlumata görə, bu, Sunniya Durrani-Camaldır.
O bu gün AİB-in Azərbaycandakı daimi nümayəndəliyində rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, xanım Durrani-Camal 25 ildən çox peşəkar təcrübəyə malikdir, onun 16 ilini əsasən rəhbər vəzifələrdə olmaqla AİB-də çalışıb. O, bankın Kamboca üzrə ölkə direktoru, Şərqi Asiya, Cənub-Şərqi Asiya və Sakit okean regionu üzrə vitse-prezidentinin baş məsləhətçisi, həmçinin baş iqtisadçısı olub.
Xanım Durrani-Camal Böyük Britaniyanın Sasseks Universitetindən iqtisadiyyat (insan kapitalının İnkişafı) üzrə magistr dərəcəsi və Pakistanın Quaid-i-Azam Universitetindən iqtisadiyyat elmləri (pul siyasəti) üzrə magistr dərəcəsinə malikdir.
O, AİB-in Azərbaycan nümayəndəliyində 2021-ci ildən bu vəzifəni icra edən ölkə direktoru Kandays MakDiganı əvəz edib.
"Asiya İnkişaf Bankı (AİB)" teqi üzrə xəbərlər
- "Araz" Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək
- İqlim, innovasiya və ticarət üzrə CAREC Tərəfdaşlığına dair Bakı Bəyannaməsi imzalanıb
- ADY sədri: "Azərbaycanda ümumi enerji istehlakının 1.12%-i dəmir yolu nəqliyyatının payına düşür"
- Ceyms Leder: "Azərbaycanda orta göstəricilər yüksəkdir"
- ADB 2024-cü və 2025-ci illər üçün Azərbaycan üzrə inflyasiya proqnozunu AÇIQLADI