Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
220 biznes planının hazırlanması üçün sahibkarlara və biznesə başlamaq istəyənlərə dəstək göstərilib
Biznes planının hazırlanmasına İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən ödənişsiz dəstək göstərilir.
Oxu.Az xəbər verir ki, bu barədəi KOBİA məlumat yayıb.
Qeyd olunub ki, cari ilin yanvar-sentyabr aylarında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 220 biznes planı hazırlanaraq sahibkarlara və biznesə başlamaq istəyən şəxslərə təqdim edilib. Bu biznes planları Bakı şəhəri və ölkə regionlarında istehsal və xidmət sahələrində yeni biznesin qurulması və ya mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsini nəzərdə tutur. Biznes planlarının əksəriyyəti Bakı iqtisadi rayonunu əhatə edir. Növbəti yerlərdə isə Gəncə-Daşkəsən, Qazax-Tovuz, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ və digər iqtisadi rayonlar dayanır. Biznes planlarından 73-ü qadın sahibkarlar üçün hazırlanıb. Ümumilikdə isə indiyədək KOBİA sahibkarlar üçün 1 555 biznes planının hazırlanmasına dəstək göstərib.
Qeyd edək ki, KOBİA tərəfindən biznes planının hazırlanmasına ödənişsiz dəstək göstərilir. Bu iş agentliyin Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən KOB İnkişafı Mərkəzləri (KOBİM) tərəfindən həyata keçirilir. Belə ki, KOBİM-lər tərəfindən öz biznes planını hazırlamaq istəyən sahibkarlara və biznesə başlayan şəxslərə biznes planının hazırlanması istiqaməti üzrə təlimlər keçirilir və məsləhət xidmətləri göstərilir. Həmçinin, KOBİM-lərin mütəxəssisləri tərəfindən biznes planının hazırlanmasına dəstək təmin olunur. Sahibkarlar və biznesə başlamaq istəyən şəxslər biznes planının hazırlanmasına dəstək üçün KOBİA-ya ([email protected] və ya https://smb.gov.az/az/contact-form/aze-citizen linki üzərindən) müraciət edə bilərlər.
"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)" teqi üzrə xəbərlər
- Leyla Əliyeva Bakıda ilk inklüziv iaşə obyekti olan "Kaşalata" kafeni ziyarət edib
- COP29 çərçivəsində "KOB-ların yaşıl iqtisadiyyatda rolu" mövzusunda panel müzakirə təşkil olunub
- Orxan Məmmədov: "Biz qlobal KOB ekosistemini konsolidasiya etməyi hədəfləyirik"
- Orxan Məmmədov: "Biz kiçik şirkətlərin yaşıl keçidə transformasiyasına nail olacağıq"
- KOBİA sədri: "İmzalanan sənədlər KOB-ların yaşıl keçidinin asanlaşdırılmasına dəstək olacaq"