Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Zorlamada ittiham olunan hokkeyçi idmanı ataraq tikintidə işə başladı
Əvvəllər "Ottava" klubunda oynamış kanadalı hücumçu Aleks Formenton 24 yaşında karyerasını başa vurub.
Oxu.Az xəbər verir ki, bu barədə CBC.ca məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Formenton 2018-ci ildə Kanadanın gənclər komandasının oyunçuları ilə bağlı zorlama qalmaqalında iştirak edən beş nəfərdən biridir. O, dörd komanda yoldaşı kimi cinsi təcavüzdə ittiham olunub.
Hazırda Formenton Ontario ştatının Barri şəhərində yaşayır. O, tikintidə tam iş günü işləyir və ağır texnikanın istismarı, eləcə də yeni peşəsinin inzibati aspektləri üzrə davamlı təlimlər keçir. Formenton tikintidə işləyərək vəkilin xidmət haqqını ödəmək istəyir.
Rəylər