Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Vüqar Kərəmovun rinqə qayıdacağı tarix bəlli olub
Qarışıq döyüş sənəti (MMA) üzrə çıxış edən idmançımız Vüqar Kərəmov həbsdən çıxdıqdan sonra ilk döyüşünü keçirəcək.
Oxu.Az xəbərinə görə, Vüqar noyabrın 17-də yaponiyalı döyüşçü Kazumasa Macima ilə üz-üzə gələcək.
Yaponiyanın Naqoya şəhərində keçiriləcək döyüş "Rizin" təşkilatının "Landmark 10" turniri çərçivəsində baş tutacaq.
Qeyd edək ki, fevral ayının 24-də keçirilməli olan döyüş Vüqar Kərəmovun həbsdə olması səbəbindən təxirə salınmışdı. Kərəmov iyul ayından etibarən azadlığa buraxılıb.
"Qarışıq döyüş sənəti (MMA)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər