Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Vəli İsrafilov: "Gümüş medala yaxın olsam da, alınmadı"
"Fərqli kateqoriyada çıxış edirdim".
Oxu.Az xəbər verir ki, bunu Paris-2024 Paralimpiya Oyunlarında bürünc medal qazanan paraüzgücü Vəli İsrafilov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
İsrafilov bu nəticəni əldə etdiyi üçün xoşbəxt olduğunu vurğulayıb: "Gümüş medala yaxın idim. Təəssüf ki, alınmadı. Növbəti yarışlarda qızıl medal üçün çalışacağam".
Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunlarında 7 idman növü üzrə 18 idmançı ilə təmsil olunan Azərbaycan 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Ölkəmiz medal sıralamasında 169 ölkə arasında 28-ci yeri tutub.
Anar Həsənov
Rəylər