Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Valensiya"nın futbolçusu cinsi təcavüzdə şübhəli bilinərək həbs edilib
"Valensiya" futbol klubunun hücumçusu Rafael Mir cinsi təcavüzdə şübhəli bilinərək həbs edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Cadena SER" məlumat yayıb.
İstintaqda iştirak edən mənbələr hesab edirlər ki, iddia edilən cinayət sentyabrın 1-də futbolçunun evindəki şəxsi ziyafətdə baş vermiş ola bilər.
Cinayətdə daha bir şəxsin əli olması ilə bağlı şübhələr var. O da saxlanılıb.
Məlumata görə, cinayətin təxminən 25 yaşlarında iki qadına qarşı törədildiyi bildirilir. Zərərçəkənlər xəstəxanaya tibbi yardım üçün müraciət ediblər.
Sentyabrın 2-də futbolçu Valensiya Mülki Qvardiyasının qərargahına aparılıb. Orada ifadə vermək üçün məhkəməyə verilməsini gözləyir.
Qeyd edək ki, futbolçunun 27 yaşı var, "Valensiya" akademiyasının məzunudur və 2015-2017-ci illərdə böyüklərdən ibarət komandada çıxış edib. O, həmçinin İngiltərənin "Vulverhempton"unda da oynayıb. 2024-cü ildə Mir "Valensiya"ya qayıdıb.
Rəylər