Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Uşağa təcavüz edən futbolçu millinin heyətində yaşıl meydanlara qayıtdı
Türkiyə - İslandiya görüşündə diqqət çəkən məqamlardan biri cinsi təcavüzdə müqəssir bilinərək həbs olunan futbolçunun meydana çıxması olub.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, 2021-ci ildə uşağa qarşı cinsi təcavüzdə təqsirləndirilərək İngiltərədə bir ildən artıq həbsdə olan Qilfi Siqurdsson Türkiyə seçməsinə qarşı görüşdə iştirak edib.
O, 2021-ci ildə İngiltərə Premyer Liqa komandalarından biri olan "Everton"da oynayarkən uşağa qarşı cinsi təcavüz iddiası ilə həbs edilib.
Qilfi Siqurdsson bir ildən çox həbsdə qalıb. Həmin dövrdə "Everton" klubu futbolçu ilə müqaviləyə xitam verib.
Qeyd edək ki, futbolçunun daha artıq müddətə həbsdə saxlanması üçün kifayət qədər dəlil olmadığından sərbəst buraxılıb. Azadlığa çıxan Qilfi Siqurdsson yenidən futbolçu karyerasını bərpa edib.
"UEFA Millətlər Liqası" teqi üzrə xəbərlər
- UEFA Millətlər Liqası: Türkiyə seçmə komandasının pley-off mərhələsindəki rəqibi bəlli olacaq
- "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq
- UEFA Millətlər Liqası: Qrup mərhələsinin bombardiri kim oldu?
- Fernandu Santuş 10 ildən sonra Berti Foqtsun göstəricisini təkrarlayıb
- Azərbaycan millisi 54 komanda arasında 47-ci olub
Rəylər