Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ulduz futbolçusunun atası uşaq zorakılığına görə cəzalandırılıb
UEFA Avropa Liqasının Liqa mərhələsində "Qarabağ" klubunun rəqibi olan "Tottenhem"in ulduz futbolçusu Son Hın Minin atası uşaq zorakılığına görə cəzalanıdırılıb.
Oxu.Az xəbər verir ki, "Tottenhem"in cənubi koreyalı cinah oyunçusu Son Hın Minin atası Son Un Yan öz akademiyasının gənc futbolçusu ilə pis rəftar etdiyi üçün cərimələnib. Onunla birlikdə eyni akademiyanın daha iki məşqçisi də sanksiyaya məruz qalıb.
Çunçeon Regional Prokurorluğu, açıqlanmayan pul cəriməsi ilə yanaşı, təlimçilərin uşaqlara qarşı zorakılığın qarşısının alınmasına yönəlmiş təlim proqramı keçməlidirlər.
Keçən mart ayında akademiya oyunçularından birinin valideynləri polisə bildiriblər ki, bu məşqçilər məşqdə səhvlərinə görə gənclərə qarşı nalayiq ifadələr işlədirlər. Bundan əlavə, valideynlər oğlunun Yaponiyada təlim-məşq toplanışı zamanı künc bayrağı ilə vurulduğunu iddia ediblər.
Rəylər