Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
UEFA Avropa Liqasında kubok sahibini tapacaq
Bu gün UEFA Avropa Liqasında böyük həyəcanla gözlənilən final görüşü keçiriləcək.
Oxu.Az xəbər verir ki, yarımfinalda "Marsel"i yolundan kənarlaşdıran "Atalanta" tarixində ilkə imza ataraq UEFA Avropa Liqasının Kubokunu evinə aparmaq istəyir. Amma qarşısında 51 oyundur məğlub olmadığı üçün dünya rekordu qıran Xabi Alonsonun "Bayer Leverkuzen"i var. Çıxdığı bütün turnirlərdə uğurlu nəticə əldə edən Almaniya klubu indiyədək sadəcə 1987/88 mövsümündə UEFA Kubokunun (Avropa Liqasının əvvəlki adı) sahibi olub.
Bu görüş rəqiblər arasında keçirilən 2-ci qarşılaşma olacaq. Daha öncə keçirilən matçların hər ikisi İtaliya təmsilçisinin qələbəsi ilə başa çatıb. (1-0), (3-2).
Bu gecə baş tutacaq görüşdə sadəcə "Atalanta" klubunun heyətində itkilər var. De Roon və Kolasniçak zədə üzündən komandasına kömək edə bilməyəcəklər.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək final görüşünü rumıniyalı hakimlər briqadasından İştivan Kovaç idarə edəcək.
22 May
"Atalanta" - "Bayer Leverkuzen"
Baş hakim: İştivan Kovaç (Rumuniya)
Stadion: "Aviva Stadium" (Dublin)
Rəylər