Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Türkiyə Super Liqası: "Qalatasaray" çempion oldu
"Qalatasaray" klubu Türkiyə Super Liqasında yenidən çempionluğunu qeyd edib.
Oxu.Az xəbər verir ki, mövsümün son oyununda "Konyaspor" klubunu 3:1 hesabı ilə məğlub edən "Qalatasaray", "Fənərbağça"nı 3 xal qabaqlayaraq 2023/24 mövsümünün qalibi olub.
"Fənərbağça" "İstanbulspor" görüşündə "sarı lacivərtlər" rəqibi 6:0 hesabı ilə darmadağın etsələr də, bu, çempionluq üçün kifayət etməyib.
Qeyd edək ki, "Fənərbaxça"nın italiyalı müdafiəçisi Leonardo Bonuççi oyundan sonra karyerasını bitirdiyini açıqlayıb.
Türkiyə Kubokunda "Trabzonspor" klubunu 3:2 hesabı ilə məğlub edərək çempion olan "Beşiktaş" isə mövsümün son oyununda "Kasımpaşa"ya 1:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Qalatasaray" 2022/23 mövsümündə də Türkiyə Super Liqasının qalibi olmuşdu.
"Qalatasaray" teqi üzrə xəbərlər
- "Qalatasaray"la yolları ayırmaq istəyən Hakim Ziyeşin yeni klubu bəlli oldu
- "Boka Xuniors" Lukas Torreyra üçün 18 milyon avro təklif edib
- Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək görüşlərin AFİŞASI
- "Qalatasaray" dünya çempionunu transfer etmək istəyir
- "Qalatasaray" Viktor Osimheni qalıcı olaraq transfer edir