Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Türkiyə millisinin görüşü təxirə salına bilər
UEFA Millətlər Liqasının 4-cü turunun İslandiya - Türkiyə oyunu matçın keçiriləcəyi "Laugardalsvöllur" stadionunun meydançasının qarşılaşmaya qədər donmaq təhlükəsi ilə üzləşdiyindən təxirə salına bilər.
Oxu.Az xəbər verir ki, UEFA nümayəndələri məsələ ilə əlaqədar dünən İslandiya Futbol Federasiyasının nümayəndələri və meydançaya cavabdeh şəxslərlə iclas keçirib. Toplantıda təxirəsalınma ilə bağlı qərar verilməyib.
Stadion bu gün yenidən yoxlanılacaq və UEFA oyunun təxirə salınıb-salınmayacağına dair qəti qərar verəcək.
Həmçinin qeyd olunub ki, "Laugardalsvöllur" stadionunda meydançanın isitmə sistemi yoxdur. Bu səbəbdən meydan donma təhlükəsinə qarşı müdafiəsizdir.
Qeyd edək ki, matçın Bakı vaxtı ilə saat 22:45-də başlaması nəzərdə tutulmuşdu. Oyun təxirə salınarsa, oktyabrın 15-də baş tutacaq.
"UEFA Millətlər Liqası" teqi üzrə xəbərlər
- UEFA Millətlər Liqası: Türkiyə seçmə komandasının pley-off mərhələsindəki rəqibi bəlli olacaq
- "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq
- UEFA Millətlər Liqası: Qrup mərhələsinin bombardiri kim oldu?
- Fernandu Santuş 10 ildən sonra Berti Foqtsun göstəricisini təkrarlayıb
- Azərbaycan millisi 54 komanda arasında 47-ci olub
Rəylər