Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Qarabağ"ın əsas heyət futbolçularının Avropa Liqasının iştirak ərizəsinə salınmamasına SƏBƏB
UEFA-ya iştirak ərizəsini təqdim edən "Qarabağ"ın siyahısında tanınmış simalardan Şahruddin Məhəmmədəliyev, Hamidu Keyta və Redon Cicanın yer almama səbəbi bəlli olub.
Oxu.Az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq komanda bu oyunçuların adlarını oyunlar üçün qitə futbol qurumuna göndərməyib.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, bu futbolçuların adları UEFA-nın qoyduğu limitə görə siyahıdan çıxarılıb.
Belə ki, qitə futbol qurumu yalnız 23 oyunçunun siyahıda yer almasına icazə verir. Limit 23+1-dir. Bu səbəbdən həmin oyunçular kənarda qalmalı olublar.
Qeyd edək ki, "Qarabağ" ötən il də həmin hadisə ilə qarşılaşmışdı. Limit səbəbindən Adama Diakabi və Riçard Almeyda siyahıdan kənarda qalmışdı.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- Olavio Juninyo "Qarabağ"dan ayrılır?
- "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq
- "Qarabağ" klubunun məşqçisi Rauf Əliyev təhqir və təhdidə görə cəzalandırılıb
- UEFA Avropa Liqası: "Qarabağ" - "Lion" görüşü üçün biletlər satışa çıxarıldı
- "Zirə" Albaniyada çıxış edən azərbaycanlı futbolçunu transfer etmək istəyir
Rəylər