Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Qarabağ” Avropa Liqasında ilk dəfə qatıldığı pley-off mərhələsinə qələbə ilə başlayıb - YENİLƏNİB + VİDEO
“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada “Braqa”nın qonağı olub.
Tarixində ilk dəfə UEFA Avropa Liqasının 1/16 mərhələsinə yüksələn Azərbaycan təmsilçisi Portuqaliyadan 4:2 hesablı qələbə ilə dönüb. “Köhlən atlar”ın qollarını 21-ci dəqiqədə Marko Yankoviç (pen), 54 və 69-cu dəqiqələrdə Abdullah Zubir, 65-ci dəqiqədə Olavio Juninyo vurublar.
Meydan sahiblərində 44-cü dəqiqədə Simon Banza, 90+1-ci dəqiqədə Joau Moutinyu (pen) fərqləniblər.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.
01:50
Portuqaliyada “Braqa” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda altıncı qol vurulub.
Oxu.Az xəbər verir ki, 90+1-ci dəqiqədə meydan sahiblərinin heyətində Joau Moutinyu penaltidən fərqlənməklə fərqi bir qədər azaldıb - 2:4.
01:28
Portuqaliyada “Braqa” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda beşinci qol vurulub.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi 69-cu dəqiqədə hesab arasındakı fərqi daha da artırıb - 4:1.
Abdullah Zubir özünün ikinci, “köhlən atlar”ın dördüncü qoluna imza atıb.
01:26
Portuqaliyada “Braqa” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda dördüncü qol vurulub.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi 65-ci dəqiqədə hesab arasındakı fərqi iki topa çatdırıb.
“Köhlən atlar”ın heyətində Olavio Juninyo fərqlənib.
01:18Portuqaliyada “Braqa” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda üçüncü qol vurulub.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi 54-cü dəqiqədə yenidən hesabda önə keçib - 2:1.
Abdullah Zubir adını tabloya yazdırıb.
01:04
Portuqaliyada “Braqa” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda ikinci hissə start götürüb.
Oxu.Az xəbər verir ki, hələlik hesab bərabərdir - 1:1.
Azərbaycan təmsilçisinin heyətində Marko Yankoviç 21-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 44-cü dəqiqədə meydan sahiblərində Simon Banza tarazlığı bərpa edib.
00:50
Portuqaliyada “Braqa” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.
Oxu.Az xəbər verir ki, tərəflər fasiləyə bərabərliklə yollanıblar - 1:1
21-ci dəqiqədə Azərbaycan təmsilçisinin heyətində Marko Yankoviç penaltini dəqiq yerinə yetirib. 44-cü dəqiqədə meydan sahiblərində Simon Banza tarazlığı bərpa edib.
00:46
Portuqaliyada “Braqa” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda ikinci qol vurulub.
Oxu.Az xəbər verir ki, meydan sahibləri 44-cü dəqiqədə tarazlığı bərpa ediblər - 1:1.
Komandanın heyətində Simon Banza fərqlənib.
00:24
Portuqaliyada “Braqa” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda hesab açılıb.
Oxu.Az xəbər verir ki, 21-ci dəqiqədə Azərbaycan təmsilçisinin heyətində Marko Yankoviç penaltini dəqiq yerinə yetirib.
00:00“Qarabağ”la “Braqa” klubu arasında Portuqaliyada keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu başlayıb.
Oxu.Az xəbər verir ki, qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start verilib.
Görüşü Danimarkadan olan Morten Kroq idarə edir.
15.02.2024, 22:58
UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək “Braqa” və “Qarabağ”ın start heyətləri bəlli olub.
Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.
“Braqa”: 1. Mateus, 2. Viktor Qomes, 15. Paulo Oliveyra, 4. Siku Niakate, 26. Kristian Borxa, 28. Joao Moutinyo, 18. Vitor Karbvalyo, 16. Rodriqo Zalazar, 23. Simon Banza, 9. Abel Ruiz (k), 14. Alvaro Djalo.
Baş məşqçi: Artur Jorje.
“Qarabağ”: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio.
Baş məşqçi: Qurban Qurbanov.
Qeyd edək ki, bu gün reallaşacaq oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
09:20
“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək.
Oxu.Az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada “Braqa”nın qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü Danimarkadan olan Morten Kroq idarə edəcək.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, ilk oyun
16 fevral
00:00. “Braqa” (Portuqaliya) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: Morten Kroq (Danimarka).
Braqa, “Estadio Municipal de Braga”.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.
"Abdullah Zubir" teqi üzrə xəbərlər
- Kim gəldi, kim getdi? - Premyer Liqada transfer pəncərəsi bağlanır
- "Qarabağ" Zubirlə bağlı qərarını verdi
- Fransalı futbolçu "Qarabağ"la yollarını ayıracaq?
- “Qarabağ” əzmkar mübarizədə “Bayer”ə məğlub oldu - YENİLƏNİB + VİDEO
- Azərbaycan futbolunun tarixi gecəsi: “Qarabağ” Almaniyada möcüzə axtarışında - ŞƏRH
Rəylər