Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Premyer Liqa: XXI tur çempionun səfər oyunu ilə başlayacaq
Azərbaycan Premyer Liqasında bu gün XXI tura start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk gündə iki oyun keçiriləcək.
Tur son çempion “Qarabağ”ın matçı ilə başlayacaq. Ağdam təmsilçisi “Səbail”in qonağı olacaq. Qurban Qurbanovun yetirmələri hazırda 47 xalla turnir cədvəlinə başçılıq edirlərsə, 5-ci pillədəki “Səbail”in hesabında 27 xal var.
Günün ikinci qarşılaşmasında baş məşqçisiz qalan “Sabah” “Turan Tovuz”la evdə üz-üzə gələcək. Bakılıları bu görüşə İqor Ponomaryov çıxaracaq. Komandaların turnir cədvəlində qonşu olmaları oyuna marağı bir qədər də artırır. “Sabah” 26 xalla 7-ci sıradadırsa, “Turan Tovuz” rəqibindən cəmi 1 xal az toplayıb.
Qeyd edək ki, “Sumqayıt” - “Neftçi”, “Qəbələ” - “Zirə” oyunları fevralın 4-də, “Kəpəz” - “Araz-Naxçıvan” qarşılaşması isə bir gün sonra keçiriləcək.
Premyer Liqa
XXI tur
3 fevral (şənbə)
15:00. “Səbail” - “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Cəmil Quliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”
17:30. “Sabah” - “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Kamran Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
“Bank Respublika Arena”
"AFFA" teqi üzrə xəbərlər
- Fernandu Santuş milli komandadan ayrılır?
- AFFA Fernandu Santuşun millidəki gələcəyi ilə bağlı qərar verəcək
- "Qarabağ" klubunun məşqçisi Rauf Əliyev təhqir və təhdidə görə cəzalandırılıb
- Azarkeşlər "Neftçi" və "Turan Tovuz"u ziyana salıblar
- Hakimləri təhqir edən Azərbaycan klubunun məşqçisinə AĞIR CƏZA
Rəylər