Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Minifutbol üzrə "Global Media Group Kubok"u yarışına yekun vurulub
"Global Media Group"un tərkibinə daxil olan şirkətlər arasında minifutbol yarışına yekun vurulub.
Turnirin son oyununda çempionluğa namizəd iki komanda "Baku TV" və "Global Management" üz-üzə gəliblər. Gərgin keçən oyunda "Baku TV" 3:2 hesabı ilə qalib gələrək kuboka sahib olub.
Yarışdan sonra təşkil olunan mükafatlandırma mərasimində "Baku TV" və "Global Management" komandaları diplomlar və pul mükafatı, "Baku.ws" komandası isə diplomlarla mükafatlandırılıb.
Sonra yarışın ən yaxşı futbolçusu, qapıçısı, müdafiəçisi və bombardiri xatirə hədiyyələri və sertifikatla təltif olunub.
Həmçinin, yarışda fərqlənən 11 nəfərə xüsusi sertifikatlar təqdim edilib.
Qeyd edək ki, yarışda beş komanda mübarizə aparıb - "Report" İnformasiya Agentliyi, Oxu.Az və Baku.ws xəbər saytları, "Baku TV" televiziyası və "Global Management" şirkəti. Mayın 21-də start verilən yarış ikidövrəli sistem üzrə keçirilib. Yarışda fərqlənənlərə kubok və mükafatlar təqdim olunub.
Oyunları AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər idarə ediblər.
Turnirin məqsədi "Global Media Group" şirkətinin həvəskar futbol oynayan əməkdaşları arasında dostluq əlaqələrinin inkişaf etdirilməsi, onların asudə vaxtlarının səmərəli keçirilməsidir.
Ətraflı Baku TV-nin süjetində:
"Global Media Group" teqi üzrə xəbərlər
- Milli maraqların müdafiəsində mətbuatın rolu və Rusiyadakı səfirimizin "işinin adı"
- "Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə "Media üçün davamlılıq dili" təlimi təşkil edib
- "Report" İnformasiya Agentliyi 10 illik yubileyini qeyd edir
- "Global Media Group" və BMT-nin Qlobal Sazişi arasında memorandum imzalanıb
- "Global Media Group" jurnalistlər üçün təlim təşkil edib