Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan millisi Avropa çempionatında 1/4 finala yüksəldi
Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib.
Oxu.Az xəbər verir ki, Bolqarıstanla qarşılaşan millimiz 3:1 hesabı ilə qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb.
Komandamızın heyətində yeddinci dəqiqədə Ramiz Çovdarov, 31-də Təmkin Xəlilzadə, 45-ci dəqiqədə isə Rəvan Kərimov fərqlənib. Rəqibin görüşdəki yeganə qolu isə 21-ci dəqiqədə Yavor Gençevdən gəlib.
Qeyd edək ki, Elşad Quliyevin komandasının 1/4 finaldakı rəqibi Qazaxıstan yığması olacaq.
Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında bu gün 1/8 final matçına çıxacaq.
Oxu.Az xəbər verir ki, millimiz 1/8 final mərhələsində Bolqarıstanla qarşılaşacaq. Matçın start fiti saat 19:30-da səsləndiriləcək.
Xatırladaq ki, millimiz qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanıb. Komanda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı isə 3:1 hesabı ilə məğlub edərək 1/8 finala maksimum nəticə ilə yüksəlib. Bolqarıstan isə Gürcüstan, Serbiya və Portuqaliya ilə mübarizə apardığı E qrupunda 6 xalla ikinci olub.
Qeyd edək ki, seçmə komandamız qələbə qazanacağı təqdirdə, 1/4 finalda Qazaxıstan - Sloveniya matçının qalibi ilə üz-üzə gələcək.