Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Makqreqor oktaqona nə zaman dönəcəyini açıqladı
İki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor oktaqona qayıtmağı planlaşdırdığını deyib.
Oxu.Az xəbər verir ki, "MMA News" məşhur döyüşçüdən sitat gətirib.
"2025-ci ildə qayıdacağam. Sadəcə bunu qəbul etməliyəm, 2025-ci ildə yenidən sizi sevindirəcəyəm. İndi isə işim yalnız idman zalında olmaq, formada qalmaqdır. Dəqiq bildiyim bir şey var: Nə vaxt qayıtsam, 100% hazır olacağam", - deyə Makqreqor qeyd edib.
Xatırladaq ki, Makqreqorla Maykl Çandler arasındakı döyüş Beynəlxalq Döyüş Həftəsi çərçivəsində iyunun 29-da Las-Veqasda (ABŞ) UFC 303 turnirində keçirilməli olsa da sonradan ləğv edilib.
İrlandiyalı UFC-də üç ildən sonra ilk döyüşünü keçirməlidir. Ümumilikdə onun 28 döyüşdə 22 qələbəsi var.
Rəylər