Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Kvaratsxeliya İtaliya A seriyasında sentyabrın ən yaxşı oyunçusu seçilib
"Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya İtaliya futbol çempionatının sentyabr ayının ən yaxşı oyunçusu seçilib.
Oxu.Az xəbər verir ki, bu barədə A Seriyasının mətbuat xidməti məlumat yayıb.
Ötən ay 23 yaşlı gürcü futbolçu A Seriyasında üç oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib.
Azarkeşlərin səsverməsinin nəticələrinə və statistik məlumatların təhlilinə əsasən, Kvaratsxeliya Bremer ("Yuventus"), Santyaqo Kastro ("Bolonya"), Patrik Kutrone ("Komo"), Federiko Dimarko ("İnter") və Kristian Pulişiçi ("Milan") qabaqlayıb.
Qeyd edək ki, Xviça vaxtilə Azərbaycanın "Kəpəz" və "Şəmkir" klublarında çıxış etmiş, eyni zamanda Azərbaycan millisində də bir neçə oyun keçirmiş Badri Kvaratsxeliyanın oğludur.
"Xviça Kvaratsxeliya" teqi üzrə xəbərlər
- Xviça Kvaratsxeliya "Napoli" ilə yollarını ayıra bilər
- Xviça Kvaratsxeliya "Napoli" klubunun illik maaş təklifini bəyənməyib
- "Napoli" Osimhen üçün 130 milyon avro istədi, PSJ hücumçusunu satmaq qərarına gəldi
- Elgiz Abbasov: "Superkubokda pul mükafatı yoxdur, amma keçirilməməsinin səbəbi başqadır"
- Xviça Kvaratsxeliya uşaqlıq arzusunu gerçəkləşdirdi
Rəylər