Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Kəpəz"in baş məşqçisi: "Təhqirlər mənə motivasiya verir"
"Kəpəz"in yeni baş məşqçisi Azər Bağırov komandaya çalışdırıcı vəzifəsinə təyin edildikdən sonra təhqir olunması ilə bağlı fikirlərə münasibət bildirib.
Sözügedən məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında Azər Bağırov deyib ki, bu təhqirlər ona əlavə motivasiya verir:
"Instagram" sosial media hesabından "Kəpəz"i çalışdıracağımla bağlı paylaşılan postun altından şəxsimə təhqirlər ünvanlanıb. Azarkeşlər komanda ilə uğursuz olacağımı bildiriblər. Bundan əlavə olaraq ağır təhqirlərdən də istifadə ediblər. Çox şükür ki, heç kim məni təhdid edə bilməz. Ailəmdən uzaqda Gəncə klubunun uğurları üçün çalışmağa gəlmişəm. "Kəpəz" klubu öz doğma meydanından çox-çox uzaqda ev oyunları keçirir, bunun üçün də uğur qazanmağa çalışacağıq. Bildiyiniz kimi, komanda son beş turun oyunlarının hər birində məğlub olduğu üçün artıq azarkeşlərin səbri tarıma çəkilib. Səsləndirilən fikirləri məhz buna görə normal qarşılayıram. Hətta deyə bilərəm ki, həmin postun altına yazılan təhqirlər mənə əlavə motivasiya verir. Mən "Kəpəz" klubunu hazırkı vəziyyətdən xilas etmək üçün buraya gəlmişəm və uğur qazanmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm".
Qeyd edək ki, Azər Bağırov sentyabr ayının birindən etibarən "Kəpəz" klubuna baş məşqçi vəzifəsinə təyin olunub. 40 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Mütəxəssisin sonuncu iş yeri Premyer Liqanın digər təmsilçisi "Araz-Naxçıvan" olub.
Anar Həsənov
"Kəpəz FK" teqi üzrə xəbərlər
- Azərbaycan Premyer Liqası: "Kəpəz" "Araz-Naxçıvan"la üz-üzə
- "Turan" və "Kəpəz" veteranları arasında oyun: Qurban Qurbanov qol vurdu, qalib müəyyənləşmədi
- "Kəpəz" klubu fasilə zamanı yoldaşlıq matçları keçirməkdən imtina edib
- "Sabah" - "Kəpəz" oyununda 4 qol vuruldu
- "Kəpəz" klubunun baş məşqçisi cəzalandırılıb
Rəylər