Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Karl Buşbi və Anjela Maksvel Xəzər dənizində üzəcəklər
Tanınmış səyyahlar Karl Buşbi və Anjela Maksvel "Qoliat" ekspedisiyasına Xəzər dənizindən davam edəcəklər.
Oxu.Az xəbər verir ki, onlar Xəzər dənizini sərhəddən-sərhədə üzməklə ilkə imza atacaqlar.
Belə ki, dəniz səyahəti Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin dəstəyi və təşkilatçılığı ilə baş tutacaq.
Qeyd edək ki, səyahət zamanı iki gənc üzgüçümüz, 15 qat respublika çempionları Anastasiya Boborkina və Abdurrəhman Rüstəmov səyyahlarla birgə üzəcəklər.
Britaniyalı Karl Buşbi və ABŞ-li Anjela Maksvel dünyanın dörd tərəfini kəşf etməkdə olan tanınmış iki macəraçıdırlar. Karl bu missiyaya hələ 1998-ci ilin noyabrında 38 000 km-lik məsafəni qət etməklə başlayıb. Həmkarı Anjela Maksvel, demək olar ki, son 7 il ərzində 4 qitədə, 14 ölkədə olub, susuz səhraları, başıqarlı dağları gəzərək ümumilikdə 32 186 km məsafə qət edib.
Səyyahlar yaxın günlərdə Aktau yaxınlığındakı sahildən yola çıxıb təxminən bir ay ərzində Bakıya çatmağı planlaşdırırlar.
Daha sonra Karl və Anjela Azərbaycan ərazisindən keçərək Avropaya doğru irəliləməyi və səyahətlərini Böyük Britaniyada yekunlaşdırmağı planlayırlar.
"Gənclər və İdman Nazirliyi" teqi üzrə xəbərlər
- Nazir oğlunun adı qalmaqalda: "400 minlik yeyintidən xəbərim olmayıb"
- Bakıda keçirilən tədbirdə dünyanın altı bölgəsinin gənclərini birləşdirmək təklifi verildi
- COP29-un Yaşıl Zonasında "Gələcəyə qulaq as" adlı sərgi təşkil edilib
- Nazir rəisi vəzifəsindən azad etdi - Yeni təyinat
- "Mərkəzi Asiya və türk gənclərinin iqlim liderlərinin növbəti COP dialoqu" adlı tədbir keçirilib
Rəylər