Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Jorje Jezuş: “Avropa siyasətə görə futbolu itirdi”
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun portuqaliyalı baş məşqçisi Jorje Jezuş futbolun gələcəyinin hazırda işlədiyi ərəb ölkəsindən asılı olduğunu deyib.
“Dünyanın gələcəyi Avropada deyil, bu ərazilərdədir. Orada xaos hökm sürür, heç kim heç kimə cavabdeh deyil. Amma bu, idman faktoru deyil, siyasi faktordur”, - Jezuş bildirib.
Qeyd edək ki, Jezuşun həmyerlisi Kriştianu Ronaldu 2023-cü il yanvarın 2-də ildə 200 milyon avro aldığı müqaviləyə əsasən, Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun oyunçusu olub. Bu mövsüm yarımmüdafiəçi Səudiyyə Ərəbistanı çempionatında 20 oyun keçirib, 22 qol vurub və doqquz məhsuldar ötürmə edib.
Ronaldunun ardınca bir çox futbol ulduzları Səudiyyə Ərəbistanı çempionatına gəliblər. İndi ölkə çempionatında Kərim Benzema, Sadio Mane, Neymar, Sergey Milinkoviç-Saviç və başqaları çıxış edirlər.
Jezuşun “Əl-Hilal”ı 59 xalla Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlinə başçılıq edir.
Mənbə: Gazeta.ru
Rəylər