Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Həbib Nurməhəmmədovun əmisi oğlu batan qadını xilas edib
Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun əmisi oğlu Abubakar Nurməhəmmədov Dağıstanda (Rusiya) boğulmaqda olan bir qadını xilas edib.
Oxu.Az xəbər verir ki, bu barədə "RBC" məlumat yayıb.
"Bilirəm ki, o, bu cür diqqəti sevmir. Lakin keçən həftəsonu baş verənlər barədə danışmamaq olmaz. Abubakar axşam saatlarında Xəzər dənizinin kənarında gəzərkən, suda boğulan bir qadını görüb. Kənardan aydın görünürdü ki, qadın heç bir kömək olmadan sudan çıxa bilməyəcək. Abubakar tərəddüd etmədən, özünü düşünmədən suya atıldı və onu xilas etdi" , - UFC döyüşçüsü Tagir Ulanbekov "Instagram" səhifəsində yazıb.
Ulanbekovun sözlərinə görə, bu cür məqamlar bizə qayğıkeş olmağın və hər an kömək etməyə hazır olmağın nə qədər vacib olduğunu xatırladır. O qeyd edib ki, bu dəyərləri döyüşçülərə onların məşqçisi Abdulmanap Nurməhəmmədov öyrədib (Abdulmanap Nurməhəmmədov 2020-ci ilin iyulunda vəfat edib).
34 yaşlı Abubakar Nurməhəmmədovun MMA yarışlarında 17 qələbəsi, dörd məğlubiyyəti və bir heç-heçəsi var. O, bu ilin fevralında UFC-dən ayrılıb.
Rəylər