Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Filadelfiya Yunion" klubunun 14 yaşlı futbolçusu ABŞ çempionatının tarixinə düşüb
"Filadelfiya Yunion" klubunun futbolçusu Kavan Sallivan MLS-in ("Major League Soccer" - ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı) tarixinə düşüb.
Məlumata görə, yarımmüdafiəçi MLS tarixində meydana çıxan ən gənc futbolçu olub.
O bunu "Nyu-İnqlend Revolyuşn" ilə oyunda reallaşdırıb. Futbolçu bu matçda meydana çıxarkən 14 yaş 293 günlüyündə olub. K.Sallivan 85-ci dəqiqədə Taya Baribonu əvəzləyib.
Qeyd edək ki, bundan əvvəlki rekord ABŞ millisinin sabiq üzvü Freddi Aduya məxsus idi. "DC Yunayted"in sabiq futbolçusu 2004-cü ildə, 14 yaş 306 günlüyündə olarkən "San Xose"yə qarşı oyunda meydana çıxıb və uzun müddət bu rekordun sahibi olub.
Mınbə: MLSoccer.com
"Major League Soccer (MLS)" teqi üzrə xəbərlər
- MLS Kuboku: Messinin qolu komandasına kömək etmədi
- MLS Kuboku: Messi, Alba və Suaresli "İnter Mayami" məğlub oldu
- Lionel Messi: "İnter Mayami" mən gəldikdən sonra ilk kubokunu qazandı"
- Messidən het-trik, Suaresdən dubl, "İnter Mayami"dən darmadağın
- Lionel Messi MLS çempionluğunun ardından ilk paylaşımını edib
Rəylər