Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ficili idmançıdan fədakar addım: Millinin oyununa görə yeddi yaşlı oğlunun dəfn mərasiminə getmədi
Reqbi üzrə Fici millisinin üzvü Cosua Tuisova ölkəsinin yığma komandasına görə atdığı fədakar addımla diqqət çəkib.
29 yaşlı idmançı millinin Fransada keçirilən dünya çempionatında Gürcüstana qarşı qrup mərhələsi oyunu üçün yeddi yaşlı oğlunun dəfn mərasimində iştirak etməyib.
Məlumata görə, o, qarşılaşmadan bir neçə saat öncə oğlunun ölüm xəbərini alıb. Lakin idmançı Ficiyə qayıtmaq əvəzinə oynamağı seçib.
Tuisovanın oğlu uzun sürən xəstəlikdən sonra vəfat edib.
Gürcüstanla qarşılaşma Ficinin 17:12 hesablı qələbəsi ilə başa çatıb. Komanda hazırda yer aldığı C qrupunda üçüncü pillədədir. Fici 1/4 finala yüksəlmək uğrunda həlledici matçda Portuqaliya ilə üz-üzə gələcək. Qruplarda ilk iki pilləni tutanlar növbəti mərhələyə yüksələcəklər.
Mənbə: independent.co.uk
"Fici" teqi üzrə xəbərlər
- Azərbaycanda universal poçt rabitəsi xidmətləri üzrə tariflər təsdiq edilib - CƏDVƏL
- Fici nümayəndəsi: “Dubayda başlayan müzakirələr Azərbaycanda davam etdiriləcək”
- KOBİA nümayəndə heyəti Avstraliyada səfərdə olub - FOTO
- Almaniya XİN rəhbərinin olduğu təyyarə iki dəfə qəza enişi etdi - FOTO
- Güzəştli vergi tutulan ölkələrin və ərazilərin sayı artırılıb