Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Fəaliyyətini dayandıran klublar federasiyanı çətin vəziyyətdə qoydular: “Rəsmi münasibət bildirə bilmirik”
“Son günlər sosial mediada “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarının fəaliyyətlərinin dayandırılması ilə bağlı açıqlamalar verilib. Buna baxmayaraq, klublar tərəfindən federasiyaya məlum məsələyə dair rəsmi müraciət olunmayıb”.
Bu barədə Azərbaycan Voleybol Federasiyasının Mətbuat Xidmətindən bildirilib.
“Komandaların rəhbərlikləri dekabr ayında bizə oyunların təxirə salınması (müddət qeyd olunmayıb) ilə bağlı rəsmi məktub ünvanlayıblar. Lakin klubların tam olaraq fəaliyyətlərinin dayandırılması və çempionatda iştirak etməyəcəkləri ilə bağlı federasiyaya rəsmi müraciət olunmadığından hazırda məsələyə rəsmi münasibət bildirə bilmirik”, - deyə qurumdan vurğulanıb.
Qeyd edək ki, kişilərdən ibarət “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” klubları maliyyə problemləri ucbatından fəaliyyətlərini dayandırıblar.
"Laçın" teqi üzrə xəbərlər
- Laçın və Şuşada əmək yarmarkaları təşkil ediləcək
- Vladimir Putin Laçın şəhəri ilə bağlı qərarı təsdiqlədi
- Prezident: "Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi minnətdarlıqla qarşılanıb"
- Laçın 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq
- Laçına köç edən sakinlərə mənzillərinin açarları təqdim edilib