Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Qəbələ" altı futbolçusu ilə vidalaşıb
"Qəbələ" altı futbolçu ilə yollarını ayırıb.
"Report" xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın mətbuat xidməti paylaşım edib.
Onların hamısı legionerdir.
Müdafiəçi Lukas Afriko, yarımmüdafiəçilər Ahmed Ayzaya, Əyyub Allaş, Klesio Bauk, Yaovi Akakpo və hücumçu Osama Xalayla ilə müddəti 2023/2024 mövsümünün sonunda başa çatan müqavilələr yenilənməyib.
11:26
Mərakeşli vinger Əyyub Allaş "Qəbələ" klubu ilə yolları ayırmaq qərarına gəlib.
Oxu.Az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesablarında paylaşım edib:
"Qəbələ"də keçirdiyim mövsüm yarım üçün hər kəsə təşəkkür edirəm. Məni və komandanı dəstəkləyənlərə minnətdaram. Komandanın personalı, məşqçilər, azarkeşlər və üzdə olmayıb çalışanları da nəzərdə tuturam. Mən həmişə var qüvvəmlə çalışmışam, oyunlar və məşqlərdə bütün gücümü qoymuşam. Hər kəsə uğurlar arzulayıram".
Qeyd edək ki, "Qəbələ" gələn mövsüm 1-ci liqada çıxış edəcək.