Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Əfsanəvi futbolçu evinə soxulan quldurlarla mübarizədə yaralandı: Zinət əşyaları oğurlandı
İtaliya millisinin sabiq futbolçusu Roberto Baccionun evi qarət olunub.
Məlumata görə, hadisə ötən gün axşam saatlarında baş verib.
57 yaşlı əfsanəvi futbolçu İspaniya - İtaliya matçını izləyərkən beş nəfər silahlı şəxs onun evinə hücum edib. Keçmiş futbolçunun zərərsizləşdirməyə çalışdığı oğrulardan biri tapançanın qundağı ilə keçmiş hücumçunun alnına zərbə endirib. Daha sonra Baccio və ailəsini bir otağa salan quldurlar onun evindən saatlar, zinət əşyaları və pul oğurlayıblar.
Dünya çempionatının gümüş və bürünc mükafatçısı cinayətkarlar getdikdən sonra polisə müraciət edib. İkiqat İtaliya çempionu xəstəxanaya aparılıb və alnına bir neçə tikiş vurulub.
Qeyd edək ki, "Yuventus", "Milan" və "İnter" kimi komandalarda forma geyinmiş R.Baccio 1993-cü ildə "Qızıl top"un qalibi olub.