Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Dünyanın ən sürətli adamının milyonlarını apardılar - FOTO
Olimpiya çempionu Useyn Bolt fırıldaqçılığın qurbanı olub. O, bu səbəbdən milyonlarla dollar itirib.
Bu barədə idmançının meneceri Nacent Uoker xəbər verib.
Vəsaitlər onun Yamaykada “Stocks and Securities Limited” investisiya şirkətindəki hesabından yoxa çıxıb.
İstintaq davam etdiyi üçün Uoker dəymiş ziyanın dəqiq məbləğini açıqlamayıb.
KİV-də bildirilir ki, insidentdə “Stocks and Securities Limited”in keçmiş əməkdaşı şübhəli bilinir.
Qeyd edək ki, qısa məsafəyə qaçış üzrə ixtisaslaşan Useyn Bolt səkkizqat olimpiya çempionu və 11 qat dünya çempionudur, səkkiz dəfə dünya rekordu qırıb. Yamaykalı yüngül atlet həmçinin 100-200 metr məsafədə tarixin ən sürətli sprinteri sayılır.
Mənbə: Lenta.ru
"Yamayka" teqi üzrə xəbərlər
- Yamayka millisinin iki futbolçusu səfər matçını buraxmalı olacaq - SƏBƏB
- Amerika Kuboku: B qrupunda növbəti tura adlayan komandalar bəlli oldu
- Amerika Kuboku: Ekvador Yamaykanı, Venesuela Meksikanı məğlub etdi
- Amerika Kuboku: B qrupunda ikinci tur həyəcanı
- Amerika Kuboku: B qrupunda Ekvador məğlub oldu, Meksika etimadı doğrultdu