Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Cüdo üzrə millimiz Avropa çempionatına 16 idmançı ilə yollanacaq
Estoniyanın paytaxtı Tallində keçiriləcək gənclər arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Ölkəmiz turnirdə 11 çəki dərəcəsində 9 oğlan və 7 qız idmançı ilə təmsil olunacaq.
Cüdoçular sentyabrın 5-7-də fərdi, 8-də isə komanda yarışında iştirak edəcəklər. Məmmədrza Hacızadə yalnız komanda yarışında mübarizə aparacaq.
Onlara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət millinin məşqçiləri Elnur İsmayılov və İmamverdi Məmmədov rəhbərlik edəcəklər.
Qızlardan Könül Əliyeva, Fəridə Mirzəyeva (hər ikisi 48 kq), Xədicə Qədəşova (52 kq), Fidan Əlizadə, Fidan Qasımova (hər ikisi 57 kq), Pərvanə Abdullayeva (70 kq), Nigar Süleymanova (+78 kq), oğlanlardan Nizami İmranov (60 kq), Vüsal Qələndərzadə, Aydın Rzayev (hər ikisi 73 kq), Süleyman Şükürov (81 kq), Aslan Kotsoyev, Şamil Tuncay (hər ikisi 90 kq), Əjdər Bağırov (100 kq), Ramazan Əhmədov və Kənan Nəsibov (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, yarışda Olimpiya mükafatçısı Rüstəm Orucov Avropa Cüdo Birliyi tərəfindən idman komissarı, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Əli Dəvrişov isə İnformasiya Texnologiyaları üzrə təşkilat komitəsinin üzvü kimi fəaliyyət göstərəcəklər.
"Azərbaycan Cüdo Federasiyası" teqi üzrə xəbərlər
- Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb
- Türkiyə millisinin sabiq azərbaycanlı baş məşqçisi nəyə görə məhkəməlik olub? - SƏBƏB
- Azərbaycanlı cüdoçu iki illik diskvalifikasiya olundu
- Azərbaycanlı veteran cüdoçu 65 yaşında 12-ci dəfə dünya çempionu olub
- Beynəlxalq Cüdo Federasiyası Hidayət Heydərovla bağlı videoçarx hazırlayıb
Rəylər