Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Çelsi" "Aston Villa"nı darmadağın etdi
İngiltərə Premyer Liqasının 13-cü turunda "Çelsi" və " Aston Villa" komandalarının qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, Londonda baş tutan matçda "Çelsi" 3:0 hesabı ilə qalib gəlib.
Matçın yeddinci dəqiqəsində "Çelsi"nin hücumçusu Nikolas Cekson hesabı açıb. 36-cı dəqiqədə Enzo Fernandes meydan sahiblərinin ikinci qolunu vurub. 83-cü dəqiqədə Koul Palmer yekun hesabı müəyyən edib - 3:0.
"Çelsi" 13 oyundan sonra 25 xal toplayıb və Premyer Liqanın turnir cədvəlində üçüncü yerdədir. "Aston Villa" isə 19 xalla 12-ci yerdədir.
"İngiltərə Premyer Liqası (İPL)" teqi üzrə xəbərlər
- İngiltərə Premyer Liqası: "Arsenal" "Mançester Yunayted" üzərində inamlı qələbə qazandı
- İngiltərə Premyer Liqası: "Liverpul"-"Nyukasl" görüşündə altı qol vuruldu
- İngiltərə Premyer Liqası: "Çelsi" səfərdə "Sauthempton"u məğlub etdi
- İngiltərə Premyer Liqası: "Mançester Siti" uğursuzluq seriyasına son qoydu
- İngiltərə Premyer Liqası: XIV tura yekun vurulacaq
Ən çox oxunanlar
Rəylər