Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
2026-cı ildən sonra "Formula-1"in təqvimində dəyişiklik olacaq
"Formula-1"in Niderland mərhələsi 2026-cı ildən sonra çempionatın təqvimindən çıxarılacaq.
Oxu.Az xəbər verir ki, bunu yarışın təşkilatçıları açıqlayıb.
Zandfort avtodromunun 2026-cı ildə də yarışı qəbul etməsi ilə bağlı birillik müqavilə imzalanıb. Həmin yarışdan sonra Niderland Qran-prisi "Formula-1"in təqvimini tərk edəcək.
Qeyd edək ki, Zandfort avtodromu 1952-85-ci illərdə də qısa fasilələrlə çempionatın milli mərhələsini qəbul edib. 2021-ci ildən təqvimə qayıdan Niderland Qran-prisinin ilk üç ilində Maks Ferstappen "doğma divarlar" arasında qalib olubsa, 2024-cü ildə Lando Norris finişə birinci çatıb.
"Formula-1" teqi üzrə xəbərlər
- "Formula-1" tarixində ilk dəfə iki qardaş eyni komandada çıxış edəcək
- "Formula-1"in keçmiş rəhbəri yarış avtomobilləri kolleksiyasını satır
- "Formula-1": Qətər Qran-prisinin qalibi bəlli oldu
- "Formula-1" üzrə Qətər Qran-prisi: Təsnifat turunun qalibi məlum oldu
- "Formula-1" üzrə Qətər Qran-prisində sprintin qalibi bəlli olub
Rəylər