Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Boksçumuz Avropa birinciliyində ermənistanlı rəqibini məğlub edərək finala yüksəldi
Azərbaycanın yeniyetmə boksçusu Səftər Məmmədzadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa birinciliyində finala yüksəlib.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, +80 kq çəkidə mübarizə aparan milli üzvü yarımfinalda ermənistanlı Qraç Xaçatryanla qarşılaşıb.
Döyüş boksçumuzun qələbəsi ilə yekunlaşıb. Məmmədzadə rəqibini 4:1 (30:27, 29:28, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib və finala vəsiqə qazanıb.
O, çempionluq uğrunda görüşdə rusiyalı Rüstəm Həsənovla münasibətinə aydınlıq gətirəcək. Döyüş iyunun 30-da olacaq.
Qeyd edək ki, yığmamızın daha 3 boksçusu yarımfinal görüşünə çıxacaq.
Rəylər