Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Benfika" yarışlardan kənarlaşdırıla bilər
Portuqaliya prokurorları korrupsiya işi ilə bağlı "Benfika"nın altı aydan üç ilədək idman yarışlarından uzaqlaşdırılmasını tələb edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.
Klubun keçmiş prezidenti Luis Filipe Vieyra, keçmiş hüquq müşaviri Paulo Qonsalveş korrupsiya və vergi fırıldaqlarında ittiham olunurlar.
İttihamlar 2016-cı ildən 2019-cu ilə qədər olan dövrü əhatə edir. Prokurorlar "Benfika"nı pulların yuyulması üçün futbolçuları nağd vəsait qarşılığında "Vitoriya"ya satdığını iddia edirlər.
Qeyd edək ki, "Benfika" Portuqaliyanın ən titullu futbol klubudur. Komanda 38 dəfə ölkə çempionatının qalibi olub (ən son 2023-cü ildə).
Bu mövsüm "Benfika" Portuqaliya çempionatının yeddi turundan sonra 16 xal toplayaraq üçüncü pillədə qərarlaşıb. Klubun Çempionlar Liqasında da iki qələbəsi var.
"Benfika" teqi üzrə xəbərlər
- "Bavariya" - "Benfika" matçı zamanı bədbəxt hadisə yaşanıb
- UEFA Çempionlar Liqası: "Bavariya" - "Benfika" matçının taleyini bir qol həll etdi
- Kerem Aktürkoğlu Portuqaliya Liqasının ən yaxşı oyunçusu seçilib
- Kerem Aktürkoğlu "Benfika"da ilkə imza atıb
- "Benfika" Fatih Terimin yerinə başqa məşqçini seçdi
Rəylər