Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Basketbolçu Lebron Ceyms və oğlu məhkəməyə verilib
İki qadın Milli Basketbol Assosiasiyasının (NBA) "Los Anceles Leykers" klubunun amerikalı basketbolçuları Lebron Ceyms və onun oğlu Bronniyə qarşı məhkəmə iddiası qaldırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "TMZ Sports" məlumat yayıb.
Qeyd olunur ki, idmançılar hələ 2022-ci ildə baş vermiş avtomobil qəzasında ittiham olunublar. Ceymsin avtomobili Litl-Rok şəhərində magistral yolda qadınların avtomobilinə çırpılıb.
Xatırladaq ki, oktyabrın 23-də basketbolçular unikal nailiyyətə imza atıblar. "Minnesota Timbervulvz" ilə matçın ikinci dörddə birində komandanın hücumçusu Lebron Ceyms və Bronni Ceyms eyni vaxtda meydanda olublar. Bu, NBA tarixində ilk dəfədir ki, ata və oğul kortda oynayırlar.
Rəylər