Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Bakılı balası" yenidən "Sabah"da
"Sabah" sabiq futbolçusunu heyətə qaytarıb.
Oxu.Az xəbər verir ki, konqoəsilli alman vinger Coy-Lens Mikelslə 1+1 illik müqavilə bağlanıb.
Xatırladaq ki, Mikels daha öncə, 2021-23-cü illərdə də "Sabah"ın uğurları üçün çalışmış, ötən yay Səudiyyə Ərəbistanının "Əl-Faysal" klubuna transfer edilmişdi. İndi futbolçu komandaya azad agent kimi qoşulub.
"Sabah"da keçirdiyi 69 oyunda 33 dəfə fərqlənən Mikels klubun heyətində ən çox qol vurmuş futbolçudur.
Coy-Lens Mikels azarkeşlərin yadında 2023-cü il avqustun 4-də Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Sabah" və RFŞ klublarının matçı bitdikdən sonra "Bakılı balasıyam" mahnısına rəqs etməsi ilə də qalıb. O, geri qayıtması ilə bağlı tanıtım çarxında da həmin mahnıdan istifadə edib.
Rəylər