Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında finala yüksəlib.
"Report" xəbər verir ki, təmsilçimiz yarımfinalda İqor Vandtkendən (Almaniya) üstün olub.
Ankzaya Lavjarqal (Monqolustan) və Tatsuki İşihara (Yaponiya) arasında keçiriləcək döyüşün qalibi həlledici mərhələdə H.Heydərovun rəqibi olacaq.
Qeyd edək ki, kişilərin yarışında Yaşar Nəcəfov və Kamran Süleymanov (hər ikisi 66 kq), qadınların mübarizəsində isə Acelya Toprak (57 kq) uğursuz çıxış edərək yarışı mükafatsız başa vurublar.
09:56
Bu gün Azərbaycanın daha dörd cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Oxu.Az Cüdo Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), 4 qat Avropa çempionu Hidayət Heydərov (73 kq) və Acelya Toprak (57 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, ilk gündə çıxış edən üç cüdoçu medal qazana bilməyib. Mundial mayın 24-də başa çatacaq.
"Birləşmiş Ərəb Əmirlikləri" teqi üzrə xəbərlər
- Dubayda dünyanın ən böyük qızıl külçəsi təqdim olunub
- Sudan BƏƏ ilə 6 milyard dollarlıq müqaviləni ləğv edib
- Dubayda eni mənzil ölçüsündə olan nazik göydələn tikiləcək
- Futbolçu karyerasını bitirən Andres İnyesta baş məşqçi olmaq qərarına gəlib
- Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
Rəylər