Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan şahmatçısı Fransada çempion olub
Azərbaycan şahmatçısı Rauf Məmmədov Fransada keçirilən yarışın qalibi olub.
Oxu.Az xəbər verir ki, səkkiz komandanın iştirak etdiyi klub çempionatı yeddi turdan ibarət olub.
Rauf Məmmədovun heyətində çıxış etdiyi "Chartres Echecs" 30 xalla bütün rəqiblərini qabaqlayıb. Millimizin üzvü altı oyunda iki qələbə qazanıb, dörd dəfə heç-heçəyə razılaşıb. Çempion komandanın kapitanı Fransada yaşayan azərbaycanlı şahmatçı Namiq Quliyev olub.
Qeyd edək ki, 29 xal toplayan "Bischwiller" ikinci, 27 xala malik "Asnieres le Grand Echiquer" komandası üçüncü yeri tutub.
"Rauf Məmmədov" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər