Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan klubu şahmat üzrə Avropa Kubokunda mübarizəyə başlayır
Azərbaycanın "Vüqar Həşimov" komandası bu gün Serbiyanın Vranyatske-Bane şəhərində klublar arasında start götürəcək şahmat üzrə Avropa Kubokunda mübarizəyə başlayacaq.
Oxu.Az xəbər verir ki, təmsilçimiz ilk turda Norveçin SOSS klubu ilə qarşılaşacaq.
"Vüqar Həşimov" klubunun heyətində Rauf Məmmədov, Aydın Süleymanlı, Vüqar Əsədli, Əhməd Əhmədzadə, Vüqar Manafov, Ülvi Sadıxov və Read Səmədov çıxış edəcək. Komandanın kapitanı Sərxan Həşimov olacaq.
Ümumilikdə 84 klubun yarışdığı Avropa Kubokunda 7 tur oynanılacaq.
Qeyd edək ki, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov Türkiyənin "Bayegan Pendik Chess", Günay Məmmədzadə və Gövhər Beydullayeva Serbiyanın "Sirmium Sremska Mitrovitsa", Ülviyyə Fətəliyeva isə Rumıniyanın "Super Chess" klublarında çıxış edəcəklər.
Rəylər