Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan klubları "Mançester Siti"nin keçmiş futbolçusunu bəyənmədilər
"Mançester Siti" klubunun keçmiş futbolçusu Stefan Yovetiç karyerasını Azərbaycanda davam etdirə bilər.
Oxu.Az xəbər verir ki, monteneqrolu hücumçu Premyer Liqanın iki klubuna təklif olunub.
34 yaşlı forvard hazırda azad agentdir. Menecerləri onu "Sabah" və "Neftçi"yə təklif ediblər. Lakin hücumçunun maaşının yüksək, yaşının çox olması paytaxt təmsilçilərinin bu keçidə ehtiyatla yanaşmasına səbəb olub.
Qeyd edək ki, Yovetiç "Partizan" (Serbiya), "Fiorentina", "İnter" (İtaliya), "Mançester Siti" (İngiltərə), "Sevilya" (İspaniya), "Monako" (Monako), "Herta" (Berlin, Almaniya), "Olimpiakos" (Yunanıstan) kimi klublarda çıxış edib.
"Futbol transfer pəncərəsi 2024" teqi üzrə xəbərlər
- "Mançester Yunayted" klubunun braziliyalı ulduzu "Beşiktaş"a keçə bilər
- "Qalatasaray" dünya çempionunu transfer etmək istəyir
- "Zirə" Albaniyada çıxış edən azərbaycanlı futbolçunu transfer etmək istəyir
- Anderson Taliskanın yeni komandası bəlli oldu
- Viktor Nelsson qış transfer pəncərəsində "Qalatasaray"dan ayrılacaq
Rəylər