Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan "Böyük Dəbilqə" turnirinin sonuncu günündə bürünc medal qazanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Cüdo Federasiyasının Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, idmançı üçüncü yer uğrunda görüşdə Macarıstan təmsilçisi Peter Safraniyə qalib gəlib.
Qeyd edək ki, daha öncə Zelim Tçkayev (81 kq) qızıl medal qazanıb. Acelya Toprak (57 kq) isə bürünc medal əldə edib.
Ən çox oxunanlar
Rəylər