Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan çempionu dörd illik idmandan uzaqlaşdırıldı - SƏBƏB
Hündürlüyə tullanma üzrə Azərbaycan çempionu Yusif Abdullayev 4 illik diskvalifikasiya olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli AntiDopinq Agentliyi məlumat yayıb.
İdmançının diskvalifikasiya olunmasına səbəb idmançının antidopinq qaydalarını pozması olub.
O, nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməməyə görə cəzalandırılıb. Atletin cəzası sentyabrın 11-dən qüvvəyə minib və 2028-ci il sentyabrın 10-da bitəcək.
Qeyd edək ki, Y.Abdullayev bu ilin mayında hündürlüyə tullanma üzrə Azərbaycan çempionu olub.
"Azərbaycan Milli AntiDopinq Agentliyi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər